Benzema Qətərə gedir
15.12.2022 - 13:39
DÇ-2022-nin finalı ərəfəsində Fransa millisinin heyətinə daha bir futbolçu qoşula bilər.
Apasport.az saytının məlumatına görə, “Real”ın hücumçusu Kərim Benzemanın yığmaya qoşulmaq üçün Qətərə yollanacağı gözlənilir.
Zədə üzündən mundiala getməyərək klubun düşərgəsinə qayıdan forvardın adı iştirak ərizəsindən çıxarılmayıb. Onun final öncəsi səfərə yollanmasına “Real” da razılıq verib. Lakin son qərarı Kərim özü verməlidir.
Qeyd edək ki, dekabrın 18-də keçiriləcək finalda Fransanın rəqibi Argentina olacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0