Bernardeski MLS klubunu tərk edib
01.07.2025 - 17:48
Bernardeski MLS klubunu tərk edib

İtaliya millisinin sabiq üzvü Federiko Bernardeski "Toronto"nu tərk edib.

Apasport.az xəbər verir ki, bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı vingerlə başa çatan müqavilə uzadılmayıb.

Qeyd edək ki, Bernardeski 2022-ci ildən "Toronto"nun şərəfini qoruyurdu. O, bu komanda ilə çıxış etdiyi 99 rəsmi matçda 26 qol və 16 assistlə yadda qalıb.