"Beşiktaş" İngiltərənin "Arsenal" klubunun futbolçusu Leandro Trossardın transferində sona yaxınlaşır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Belçika millisinin üzvü ilə 3+1 illik müqavilə barədə razılığa gəlib.
İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, 30 yaşlı cinah oyunçusunun illik maaşı 8 milyon avrodan az olacaq. Müqavilədə müəyyən bonuslar nəzərdə tutulsa da, futbolçuya imza pulu ödənilməyəcək.
Qeyd edək ki, Trossard 2023-cü ilin yanvarından "Arsenal"ın formasını geyinir. O, daha əvvəl Belçikada "Genk", həmçinin İngiltərədə "Brayton" klubunda çıxış edib. Belçika millisinin heyətində isə 50-dən çox oyun keçirib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI