"Beşiktaş"da yeni müdafiəçi - İSTANBULA GƏLİR
15.08.2025 - 15:57
"Beşiktaş"da yeni müdafiəçi - İSTANBULA GƏLİR

“Beşiktaş” müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, “qara qartallar” “Şalke” forması geyinən türk əsilli alman futbolçu Taylan Bulutla razılıq əldə edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisinin açıqlamasına görə, 19 yaşlı sağ cinah müdafiəçisi tibbi müayinədən keçmək və komanda ilə müqavilə imzalamaq üçün bu gün İstanbula gələcək.

Qeyd edək ki, Almaniya U19 millisinin üzvü olan Taylan “Şalke”nin heyətində ötən mövsüm çıxış etdiyi 29 rəsmi oyunda 1 qol vurub və 1 assist edib.