"Beşiktaş"dan "Kocaelispor"a
13.08.2025 - 17:57

"Beşiktaş" futbolçusu Can Keleşi icarəyə verib.
Apasport.az xəbər verir ki, "qara qartallar" futbolçunu "Kocaelispor"a göndərib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı vinger bir illik icarə əsasında bu komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, Can Keleş ötən mövsümün ikinci yarısını icarə əsasında "Kasımpaşa"da keçirib.
0
0