“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul klubu “Bayer”dən Ernest Pokunu transfer etdiyini rəsmən açıqlayıb.
22 yaşlı niderlandlı cinah hücumçusu şərtlərdən asılı satınalma hüququ ilə icarə əsasında “Beşiktaş”da çıxış edəcək.
Poku transfer danışıqlarını və tibbi müayinələri tamamlamaq üçün daha əvvəl İstanbula gəlmişdi.
“Beşiktaş” rəsmiləri futbolçunun həm klub rəhbərliyinin, həm də baş məşqçi Vinçentso İtalianonun istədiyi oyunçulardan biri olduğunu bildirmişdi.
Qeyd edək ki, Ernest Poku 2025-ci ilin yayında AZ Alkmaardan “Bayer”ə keçib. Almaniya klubu ilə 2030-cu ilə qədər müqaviləsi olan futbolçu ötən mövsüm 45 oyunda 5 qol vurub.