“Beşiktaş”ın əfsanə futbolçusu vəfat edib
03.12.2025 - 23:40
“Beşiktaş”ın əfsanə futbolçusu vəfat edib

“Beşiktaş”ın və Türkiyə millisinin sabiq futbolçusu Faruk Karadoğan vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb. 

Karadoğan 1965–1972-ci illər arasında "Beşiktaş"ın formasını geyinib və bu müddətdə komandanın qazandığı iki liqa çempionluğunda mühüm pay sahibi olub.

Qeyd edək ki, o, “Beşiktaş”la yanaşı “Adanaspor”, “Gənclərbirliyi” və “Çukurova İdman Yurdu Spor” klublarında da çıxış edib. 37 matçda "ay-ulduzlu"ların şərəfini qoruyub.