Türkiyə Super Liqasında baş məşqçi ayrılığı yaşanıb.
Apasport.az xəbər verir ki, “Konyaspor”un baş məşqçisi Çağdaş Atan vəzifəsindən ayrılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
45 yaşlı türkiyəli mütəxəssislə qarşılıqlı razılıq əsasında yollar ayrılıb. Baş məşqçi klubla vidalaşarkən komandanın əfsanəvi baş məşqçilərindən biri olan Aykut Kocamanın sözlərini xatırladıb: “Bəzi çiçəklər bəzi torpaqlarda yetişmir”.
Qeyd edək ki, Çağdaş Atan ötən ilin noyabr ayında “Konyaspor”un baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 12 rəsmi oyuna çıxıb, 3 qələbə qazanıb, 5 heç-heçə edib və 4 məğlubiyyətlə üzləşib.