Mozambikdə qeyri-adi hadisə baş verib.
Apasport.az saytının məlumatına görə, çempionatın ən yaxşı bombardiri İsak Karvalyo özünü mükafatlandırıb.
“Ferroviario de Nampula”nın hücumçusu özü üçün mükafat alıb. Buna səbəb federasiya tərəfindən ona heç nəyin verilməməsidir.
Məsələ ondadır ki, Mozambik çempionatının qaydalarına əsasən bombardir ən azı 15 qol vurduğu halda mükafat alır. İsak isə cəmi 11 qolla turnirin ən məhsuldar oyunçusu adını qazanıb. Karvalyo özü üçün əlamətdar olan mövsümü əbədiləşdirmək məqsədilə mükafat almağı lazım bilib.
Qeyd edək ki, çempion adına “Sonqo” klubu yiyələnib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı