
Dortmund "Borussiya"sında baş məşqçi dəyişikliyi baş verə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Hazırkı baş məşqçi Edin Terziçin yerinə, Dortmund təmsilçisinə hazırda klubun məşqçilər korpusunda köməkçi kimi çalışan Nuri Şahin rəhbərlik edə bilər.
Əgər “Borussiya” rəhbərliyi Terziçi saxlamaq qərarına gəlsə, o zaman Şahin Türkiyəyə gedə bilər. İstanbulun "Beşiktaş" klubu mütəxəssisin xidmətinə maraq göstərir.
"Borussiya" Bundesliqa turnir cədvəlində beşinci yerdədir. Çempionlar Liqasında Fransa PSJ-si ilə mübarizə aparan komanda yarımfinala yüksəlib. İlk görüşdə Bundesliqa klubu 1:0 hesabı ilə rəqibini məğlub edib.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?