Portuqaliyanın “Braqa” klubunun prezidenti Antonio Salvador UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 2:4 hesablı məğlubiyyətə görə komandasını tənqid edib.
Apasport.az xəbər verir ki, bu barədə “ojogo.pt” nəşri məlumat yayıb. Bildirilib ki, klub rəhbəri matç bitdikdən sonra paltardəyişmə otağına gedib və komandanı ə, sərt şəkildə tənqid edib.
Prezident Portuqaliya çempionatının növbəti matçında və “Qarabağ”la cavab görüşündə komanda qarşısına qələbə tələbi qoyub.
Qeyd edək ki, "Qarabağ" - "Braqa" görüşü 22 yanvar tarixində saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər