Brazilya millisinin və "Barselona"nın sabiq üzvü karyerasını bitirib
23.12.2025 - 10:18
“Barselona”nın sabiq futbolçusu Rafinya Alkantara futbolçu karyerasını bitirdiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, braziliyalı futbolçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
32 yaşlı yarımmüdafiəçi 2024-cü ilin yayından etibarən klubsuz idi.
Rafinya Alkantara “Barselona”nın heyətində ümumilikdə 90 oyuna çıxıb, bu matçlarda 12 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində PSJ, “Real Sosyedad” və “İnter” kimi klubların da formasını geyinib.
O, Braziliya milli komandasında cəmi 2 oyun keçirib.
0
0