Bundesliqa klubunda ayrılıq - RƏSMİ
21.07.2026 - 20:22
Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu qapıçısı Simon Simoni ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisi qolkiperin İsveçrənin “Lüsern” klubuna transfer olunduğunu rəsmən açıqlayıb.
Razılaşmaya əsasən, 22 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Albaniya millisinin üzvü olan Simon Simoni 2023-cü ildən “Ayntraxt”ın formasını geyinirdi.
0
0