“Çelsi”nin Kante qərarı
12.11.2022 - 22:23
“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kantenin klubdakı taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü London klubunda qalmayacaq.
“Zadəganlar”ın sahibi Todd Boeli 31 yaşlı orta sahə oyunçusunu əsas heyət üzvü kimi görmür. Üstəlik, Kante komandada ən yüksək maaş alan oyunçularından biridir. Ulduz futbolçunun mövsümün sonunda yola salınması gözlənilir. Bu üzdən onunla yeni müqavilə imzalamamaq qərara alınıb.
Qeyd edək ki, hazırkı sözləşməsi 2023-cü ilin yayına qədər olan Nqolo Kante zədə səbəbindən DÇ-2022-ni buraxacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0