"Çelsi"nin yarımmüdafiəçisi Mixail Mudrik bu yay klubu tərk edə bilər.
Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçu rəhbərliyin ümidlərini doğrultmayıb və klub onun çıxışından məyus olub.
Ukraynalı cinah oyunçusunun komandaya uyğunlaşmaqda çətinlik cəkdiyi bildirilir. Futbolçunun yayda başqa bir ingilis klubuna icarəyə veriləcəyi iddia olunur.
Qeyd edək ki, Mudrik 2023-cü ilin qışında "Şaxtyor"dan 100 milyon avroya "Çelsi"yə keçib. Onun müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.
Bu mövsüm yarımmüdafiəçi klubda bütün turnirlərdə 25 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər