ÇL: "Fənərbaxça"nın potensial rəqibi müəyyənləşdi
20.07.2026 - 14:18
ÇL: "Fənərbaxça"nın potensial rəqibi müəyyənləşdi

"Fənərbaxça"nın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi II təsnifat mərhələsində Polşanın "Qornik Zabrze" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti mərhələdə "Harts" (Şotlandiya) - "Şturm Qrats" (Avstriya) cütünün qalibi ilə qarşılaşacaq.

“Fənərbaxça” ilk iki mərhələni uğurla keçəcəyi təqdirdə isə, pley-offda “Sparta Praqa” – “Lion”, “Union” – “Bodo Qlimt” və “Olimpiakos” – “NEC Neymegen” cütlərindən birinin qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Fənərbaxça" - "Qornik Zabrze" cütünün ilk oyunu iyulun 22-də İstanbulda, cavab görüşü isə iyulun 29-da Polşada keçiriləcək.

III təsnifat mərhələsinin matçları isə avqustun 5-6 və 12-də baş tutacaq.