ÇL: Van Deyk unikal göstəriciyə imza atıb
29.01.2026 - 10:52
“Liverpul”un kapitanı Virgil van Deyk UEFA Çempionlar Liqasında unikal göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, 34 yaşlı futbolçu turnirin son turunda “Qarabağ”a qarşı keçirilən və 6:0 hesabı ilə başa çatan matçda üç məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da niderlandlı Çempionlar Liqası tarixində bir oyunda üç assist edən ilk mərkəz müdafiəçisi olub.
Van Deykin bu göstəricisi turnir tarixində müdafiəçilər arasında rekord hesab olunur.
Bu qələbə sayəsində “Liverpul” qrup mərhələsini 18 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala yüksəlib.
0
0