“Çox yorğunam. Yarımfinala çıxdığımız üçün çox sevinirəm”.
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu İsnik Alimi Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la keçirilən cavab oyunundan sonra “CBC Sport” kanalına açıqlamasında deyib.
1:1 hesabı ilə bitən görüşdə komandasının yeganə qoluna imza atan şimali makedoniyalı yarımmüdafiəçi yarımfinala adlamalarını dəyərləndirib: “Bu uğuru komanda şəklində gerçəkləşdirdik. O ki qaldı öz oyunuma, ötən matçda mərkəz müdafiəçisi mövqeyində oynadım. Ruan Renatonun yoxluğunda. Əsas mövqeyim orta sahədir. Bu gün öz mövqeyimdə çıxış etdim”.
Yarımmüdafiəçi yarımfinaldakı rəqibləri barədə də fikir bildirib: “Qarabağ” güclü rəqibdir. Onlara hörmətlə yanaşırıq. Öz oyunumuzu oynayacağıq. 90 dəqiqə vuruşacağıq”.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA