Con Duran İstanbulda - YENİLƏNİB
01.07.2025 - 16:22
Con Duran İstanbulda - YENİLƏNİB

Səudiyyə Ərəbistanını təmsilçilərindən “Əl-Nəsr”in futbolçusu Con Duran karyerasını Türkiyədə davam etdirəcək.

Apasport.az xəbər verir ki, 21 yaşlı forvard "Fənərbaxça" ilə razılaşma əldə edib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kolumbiya millisinin üzvü 1 illik icarə əsasında "sarı-lacivərdlilər"in şərəfini qoruyacaq.

Duranı gətirən təyyarə artıq Türkiyəyə eniş edib.

Qeyd edək ki, hücumçu “Əl-Nəsr”in heyətində çıxış etdiyi 18 rəsmi matçda 12 qola imza atıb.