ÇSKA 19 yaşlı əlcəzirli ilə anlaşdı
20.02.2024 - 14:58
Yarımmüdafiəçi Sid Əhməd Aissaoui Moskva təmsilçisi ÇSKA ilə müqavilə imzalayıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 19 yaşlı əlcəzairli ilə müqavilə 2025/26 mövsümünün sonuna kimi nəzərdə tutulub və daha iki il də uzadılması mümkündür. Futbolçu 9 nömrəli forma ilə mübarizə aparacaq.
Aissaoui "USM Alger" gənclər komandasında oynayıb və eyni zamanda gənclərdən ibarət milli komandada 6 oyun keçirərək 1 qol vurub.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0