İngiltərə millisinin və “Tottenhem”in futbolçusu Erik Dayer komandasının DÇ-2022-nin startı ərəfəsindəki durumunu dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi çempionluğa namizədlərdən olan yığması barədə yüksək fikirdədir.
O, belə komanda ilə qızıl medal qazanmağın mümkün olduğunu düşünür: “Komandada fantastik atmosfer var. Biz hamımız inanılmaz dərəcədə xoşbəxtik. Lazım olan hər şeyimiz var. Bunun üçün sevincliyik. Bu, bütün karyeram ərzində gördüyüm ən yaxşı komandadır. Bu səviyyədə yarışda uğurlu çıxış üçün lazım olan atmosfer və yoldaşlıq bizdədir”.
Qeyd edək ki, İngiltərə yığması son dünya çempionatında yarımfinala, Avropa çempionatında finala qədər irəliləyib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı