DÇ-2022: 1/8 final öncəsi itki
30.11.2022 - 15:52
ABŞ millisinin yarımmüdafiəçisi Kristian Pulişiçin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, dünya çempionatının qrup mərhələsinin II turunda İranla oyunda zədələnən 24 yaşlı futbolçu tibbi müayinədən keçib.
Komandasına qələbə gətirən yeganə qolun müəllifi olan və qapıçı ilə toqquşaraq xəsarət alan “Çelsi”nin oyunçusunun çanaq sümüyünün əzilməsi diaqnozu qoyulub. Zədə səbəbindən ABŞ-ın aparıcı oyunçusu mundialın 1/8 final mərhələsində Niderlandla matçı buraxmaq riski ilə üzləşib.
Qeyd edək ki, 1/8 finalın Niderland – ABŞ oyunu dekabrın 3-də keçiriləcək.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0