İspaniya millisinin yarımmüdafiəçisi Pedri maraqlı vədlə diqqət çəkib.
Apasport.az saytının məlumatına görə, gənc orta sahə oyunçusu saçını tam qırxdıracaq.
Amma bunun üçün İspaniya yığması Qətərdə keçiriləcək dünya çempionatını qazanmalıdır: “Turnirdə qalib gəlsək, bərbərimizdən başımı keçəl qırxmağı xahiş edəcəyəm. Çox gənc komandamız var, qələbə qazanmaq istəyirik. Bunu hər matçda meydanda görmək olar. Kimsə İspaniya millisinin gənclərinin zəif olduğunu düşünə bilər. Ancaq biz komandaya çox fayda verəcəyik”.
Qeyd edək ki, noyabrın 20-də start götürəcək DÇ-2022-də İspaniya yığması Almaniya, Kosta-Rika və Yaponiya ilə eyni qrupda mübarizə aparacaq. İspanlar ilk oyununu noyabrın 23-də Kosta-Rikaya qarşı keçirəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı