DÇ-2026-da qırmızı vərəqəsi və sonradan cəzasının ləğvi ilə gündəmə gələn Folarin Baloqun karyerasını “Everton”da davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərə klubu ABŞ millisinin hücumçusunun transferi ilə bağlı “Monako” ilə razılığa gəlib.
“Everton” 25 yaşlı futbolçu üçün 45 milyon avro transfer haqqı ödəyəcək. Müqavilədə əlavə 5 milyon avro bonus və Baloqunun gələcək satışından “Monako”ya pay verilməsi də nəzərdə tutulub.
Futbolçu ilə 4+1 illik müqavilə üzrə şəxsi şərtlər də razılaşdırılıb.
Baloqun DÇ-2026-da ABŞ millisinin heyətində 3 qol vurmaqla yanaşı, turnirin ən qalmaqallı hadisələrindən birinin iştirakçısı olub. O, 1/16 finalda Bosniya və Herseqovina üzərində 2:0 hesablı qələbə zamanı Tarik Muharemoviçə qarşı etdiyi kobudluğa görə 64-cü dəqiqədə birbaşa qırmızı vərəqə alıb.
FIFA daha sonra Baloquna avtomatik tətbiq olunan bir oyunluq cəzanın icrasını bir illik sınaq müddəti ilə dayandırıb. Qərar ABŞ prezidenti Donald Trampın futbolçunun cəzasının ləğvinə çağırışından sonra verildiyi üçün böyük mübahisəyə səbəb olub.
Nəticədə Baloqun Belçikaya qarşı 1/8 final görüşündə iştirak edib. ABŞ həmin matçda 1:4 hesabı ilə uduzaraq mundialla vidalaşıb.
Qeyd edək ki, Baloqun daha əvvəl “Arsenal”, “Midlsbro”, “Reyms” və “Monako”da çıxış edib.
O, Fransa klubunda ümumilikdə 91 matçda 31 qol vurub və 9 məhsuldar ötürmə edib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər