De Bruyne "Liverpul"a keçəcək?
10.05.2025 - 11:57
De Bruyne "Liverpul"a keçəcək?

"Mançester Siti"nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne 2024/2025 mövsümünün sonunda "şəhərlilər"i tərk edəcək.

Apasport.az xəbər verir ki, "Liverpul" belçikalı futbolçu ilə maraqlanır. 

Daha əvvəl De Bruyne ilə "Arsenal" və "Napoli"nin də maraqlandığı bildirilirdi.

Bu mövsüm Kevin "şəhərlilər"in heyətində 36 matçda iştirak edib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.