Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın 1/4 finalında Mərakeşə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının hücumda daha dəqiq oynamalı olduğunu bildirib.
“Hücumda daha məhsuldar olmalıyıq. Hər iki komandanın meydanın bütün zonalarında güclü tərəfləri var”, - deyə Deşam vurğulayıb.
O, oyuna argentinalı baş hakimin təyin olunması ilə bağlı suala da münasibət bildirib:
“Hakimlərə güvənirəm. Bizim rəqibimiz Mərakeşdir, hakim yox”.
Qeyd edək ki, Fransa - Mərakeş qarşılaşması 9 iyul tarixində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI