Dibala "Roma"da qalır - Yeni müqavilə
13.07.2026 - 04:04
İtaliyanın "Roma" klubu Paulo Dibala ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, argentinalı hücumçu yeni sözləşməyə artıq imza atıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, razılaşmanın yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
Müqavilənin müddəti və maliyyə detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2022-ci ildən "Roma"nın formasını geyinir.
O, daha əvvəl "Yuventus", "Palermo" və Argentinanın "Instituto" klublarında çıxış edib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0