“Dünyanın ən yaxşısı bizdədir”
13.07.2026 - 11:36
İspaniya millisinin hücumçusu Niko Uilyams DÇ-2026-nın yarımfinalında Fransaya qarşı keçirəcəkləri oyun barədə danışıb.
Apasport.az xəbər verir ki, ispaniyalı futbolçu Kilian Mbappe ilə Lamin Yamalı müqayisə edib.
Uilyams Fransa millisinin ulduzunu yüksək qiymətləndirsə də, komanda yoldaşını dünyanın ən yaxşı futbolçusu hesab etdiyini bildirib:
“Mbappe əla futbolçudur. Amma dünyanın ən yaxşı oyunçusu bizdədir – Lamin Yamal”.
Qeyd edək ki, Fransa – İspaniya oyunu iyulun 14-də Arlinqtonda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0