Eden Azara Premyer Liqadan ikinci müştəri
07.11.2022 - 14:33
“Real”ın futbolçusu Eden Azarı heyətində görmək istəyən daha bir klubun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, belçikalı yarımmüdafiəçi “Nyukasl”ın maraq dairəsindədir.
Premyer Liqa klubu “Real”a lazım olmayan futbolçunu qışda heyətinə qatmaq istəyir. Cari mövsümün 6 matçında 1 qol vuran Azarın müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, “Aston Villa” da əvvəllər Premyer Liqada oynamış yarımmüdafiəçinin xidmətində maraqlıdır. Azar İngiltərədə “Çelsi”nin şərəfini qoruyub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
1
0