Edin Ceko yenidən A Seriyasında
19.06.2025 - 18:54
“Fənərbaxça”dan ayrılan Edin Ceko karyerasını İtaliyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, bosniyalı hücumçu “Fiorentina” ilə razılaşıb.
Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Forvard bu gün “bənövşəyilər” üçün tibbi yoxlanışdan keçib.
Qeyd edək ki, 39 yaşlı oyunçu 2023-cü ildən “Fənərbaxça”da çıxış edirdi. O, "sarı-lacivərdlilər"in heyətində meydana çıxdığı 99 rəsmi matçda 46 qol vurub.
- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
0
0