“Əl-Nəsr”dən darmadağın - RONALDO 977-yə çatdı - VİDEO
21.08.2026 - 23:05
“Əl-Nəsr”dən darmadağın - RONALDO 977-yə çatdı  - VİDEO

Kriştianu Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatının II turu çərçivəsində səfərdə "Əl-Riyad"la üz-üzə gəlib.

Apasport.az xəbər verir ki, qonaqlar rəqibini darmadağın edib - 4:0.

Ronaldo bu matçda komandasının sonuncu - dördüncü qolunu vurub.

41 yaşlı hücumçu bununla karyerasında vurduğu qolların sayını 977-yə çatdırıb.

Qeyd edək ki, "Əl-Nəsr" hazırda 6 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.