Emre Belözoğlu yenidən Super Liqada - RƏSMİ
04.12.2025 - 19:57
Emre Belözoğlu yenidən Super Liqada - RƏSMİ

Son olaraq “Antalyaspor”un baş məşqçisi olan Emre Belözoğlunun yeni iş yeri müəyyənləşib.

Apasport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis “Kasımpaşa” klubuna baş məşqçi təyin olunub və o, bu postda Şota Arveladzeni əvəzləyib.

Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, türkiyəli çalışdırıcı ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Kasımpaşa” Super Liqada geridə qalan 14 turdan sonra topladığı 13 xalla 14-cü pillədə qərarlaşıb.