Endrik Liqa 1-də debüt matçında parladı: Ən yaxşı seçildi
19.01.2026 - 10:55
Endrik Liqa 1-də debüt matçında parladı: Ən yaxşı seçildi

“Real Madrid”dən icarəyə götürülən Endrik Fransanın “Lion” klubunda Liqa 1-də ilk oyununda parlaq performansla yadda qalıb.

Apasport.az xəbər verir ki, braziliyalı hücumçu “Brest”lə qarşılaşmada zərbələr, yaradılan qol imkanları və uğurlu driblinqlər üzrə komandasının lideri olub.

Endrik oyunda bir məhsuldar ötürmə edib və matç “Lion”un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Final fitindən sonra 19 yaşlı futbolçu qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, Endrik bir həftə əvvəl də “Lion” forması ilə bütün turnirlərdə ilk oyununda fərqlənmişdi. Həmin görüşdə Fransa Kuboku çərçivəsində “Lion” "Lill"i eyni hesabla – 2:1 məğlub etmişdi.

Gənc hücumçunun icarə müqaviləsi cari mövsümün sonunadək qüvvədədir. Endrik yanvarın əvvəlində Fransa təmsilçisinə qoşulub.