“Everton”dan 40 milyon avroluq transfer - RƏSMİ
26.08.2025 - 09:09
"Everton" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Southempton"da çıxış edən Tayler Diblinqi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mersisayd təmsilçisi bu keçid üçün qarşı tərəfə 40,5 milyon avro ödəyib. 19 yaşlı vingerlə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Diblinq ötən mövsüm "Southempton"la Premyer Liqada çıxdığı 33 oyunda 2 qolla yadda qalıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0