"Eyüpspor" əl dəyişdirir: Kluba qəyyum təyin edilib
16.01.2026 - 22:50
"Eyüpspor" əl dəyişdirir: Kluba qəyyum təyin edilib

Türkiyə Super Liqası təmsilçisi “Eyüpspor”a qəyyum təyin edilib.

Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Buna səbəb hazırda mərc oyunları ilə bağlı təqsirli bilinən və həbsdə olan klubun prezidenti Murat Özkayadır.

Həmçinin klub rəhbərinin sahib olduğu 9 şirkətə də qəyyum təyin edilib.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və ictimaiyyətdə “hakimlərin mərc saytlarına üzvlüyü” kimi tanınan istintaq çərçivəsində “Eyüpspor” klubunun prezidenti Murat Özkaya barəsində həbs qətimkan tədbiri seçilib.