Arda Turan getdi, dostu da "Eyüpspor"da qalmadı
19.06.2025 - 11:35

Türkiyə Super Liqa klublarından "Eyüpspor" sol cinah müdafiəçisi ilə yollarını ayıracaq.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, komanda Caner Erkinle vidalaşacaq.
Klub Türkiyə millisinin üzvü ilə başa çatan müqaviləni yeniləmək niyyətində deyil.
Xatırladaq ki, Caner 2023-cü ilin iyul ayında yaxın dostu Arda Turanın dəvətilə "Eyüpspor"a transfer olunmuşdu.
Qeyd edək ki, ötən mövsümün sonunda "Eyüpspor"un baş məşqçisi Arda Turan Ukrayna təmsilçisi "Şaxtyor"un başına keçib.
- Rüfət Quliyev: "İnanıram ki, "Sabah" "Selye"ni keçəcək" - Müsahibə
- "Beşiktaş"da İmmobile problemi: Təklif var, getmir
- Korrea qitə dəyişdirir: "Atletiko Madrid"də ayrılıq
- Osimhen, Çalhanoğlu transferləri: "Qalatasaray"dan açıqlamalar
- "Fənərbaxça"da xaos bitmir: Futbol direktoruna "Beşiktaş"lı köməkçi
0
0