FCSB - "Fənərbaxça" matçının hakimi açıqlanıb
27.01.2026 - 17:09
FCSB - "Fənərbaxça" matçının hakimi açıqlanıb

UEFA Avropa Liqasının əsas mərhələsinin sonuncu həftəsində keçiriləcək FCSB – “Fənərbaxça” qarşılaşmasının hakimləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. 

Qarşılaşmanmı serbiyalı referi Nenad Minakoviç idarə edəcək. Ona həmyerliləri Nikola Boroviç və Bosko Bozoviç kömək edəcəklər.

Görüşün dördüncü hakimi funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.

Qeyd edək ki, yanvarın 29-u, cümə axşamı baş tutacaq oyun Bakı vaxtilə saat 00:00-da start götürəcək.