“Monako” yeni baş məşqçisini açıqlayıb.
Apasport.az xəbər verir ki, Fransa klubu Felipe Luisi komandanın sükanı arxasına gətirib.
40 yaşlı braziliyalı mütəxəssislə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.
O, "Flamenqo"nun baş məşqçisi kimi 2025-ci ildə tarixi uğura imza atıb. Luisin rəhbərliyi altında komanda 2024-cü ildə Braziliya Kubokunu, 2025-ci ildə Braziliya Superkubokunu, Karioqa Liqasını, Braziliya çempionatını və Libertadores Kubokunu qazanıb.
Qeyd edək ki, Felipe Luis “Flamenqo”nun əsas komandasında baş məşqçi kimi 99 oyuna çıxıb. Onun komandası bu görüşlərdə 62 qələbə qazanıb, 21 heç-heçə edib və 16 dəfə məğlub olub. Braziliyalı mütəxəssis 2025-ci ildə Cənubi Amerikanın ən yaxşı baş məşqçisi seçilib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI