"Fənər" istəyir, "Milan" alır
24.07.2025 - 09:53

"Milan" serbiyalı hücumçu Duşan Vlahoviçin transferi ilə bağlı "Yuventus"la danışıqlara başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə italiyalı insayder Alfredo Pedulla məlumat yayıb.
Mənbənin sözlərinə görə, artıq klublar arasında rəsmi görüşmələr başlayıb.
Vlahoviçin daha əvvəl “Milan”a rəhbərlik edən Massimiliano Alleqri ilə əlaqə saxladığı bildirilib.
Ötən mövsüm Vlahoviç “Yuventus”un heyətində 44 oyun keçirib, 17 qol vurub və komanda yoldaşlarına 5 məhsuldar ötürmə verib.
Qeyd edək ki, futbolçunun adı daha əvvəl Türkiyə təmsilçisi "Fənərbaxça" ilə hallanırdı.
0
0