"Fənərbaxça" istədi, "Yuventus" aldı
24.06.2025 - 11:21
“Lill”in futbolçusu Conatan Devid karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, kanadalı hücumçu “Yuventus”la razılığa gəlib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Devid “qoca sinyora”nın illik 6+2 milyon avro maaş təklifinə “hə” deyib.
Conatanın adı daha öncə “Fənərbaxça” ilə hallanırdı.
Kanada millisinin də üzvü olan hücumçu başa çatan mövsümdə 49 oyunda 25 qol vurub, 12 məhsuldar ötürmə edib.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
0
0