"Fənərbaxça" Uruqvay millisinin futbolçusunu istəyir
07.05.2024 - 13:57

Super Liqa təmsilçisi “Fənərbaxça” Uruqvay millisinin və “Toluka”nın sol cinah oyunçusu Maksimilano Arauxonu heyətinə qata bilər.
Apasport.az xəbəb verir ki, bu barədə Meksika mətbuatı məlumat yayıb.
Son vaxtlar müntəzəm oynamaq şansı tapmaqda çətinlik çəkən uruqvaylı karyerasını Avropada davam etdirmək istəyir.
Qeyd edək ki, futbolçu bu mövsüm iştirak etdiyi 34 matçda aktivinə 3 qol və 4 məhsuldar ötürmə yazdırıb. “Transfermarkt” portalı 24 yaşlı forvardın dəyərini 7,5 milyon avro olaraq qiymətləndirir.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0