Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi tiki baş verib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi İrfan Can Kahveci sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçunun ayaq əzələsində 2-ci dərəcəli yırtıq aşkarlanıb. Təcrübəli oyunçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça" İrfan Can Kahvecini 2021-ci ilin yanvar ayında "Başakşehir"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər