“Fənər”də ayrılıq: TALİŞKA GEDİR
28.08.2026 - 19:28
“Fənər”də ayrılıq: TALİŞKA GEDİR

"Fənərbaxça"da ayrılıq baş verəcək.

Apasport.az xəbər verir ki, Anderson Talişka komandanı tərk edəcək.

O, karyerasını BƏƏ-də davam etdirəcək.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Talişka "Əl-Cəzirə" klubunda transfer olunacaq. Tərəflər onun keçidi barədə razılığa gəliblər.

Qeyd edək ki, Anderson komandaya ötən mövsüm qoşulub.