"Fənər"in futbolçusu Super Liqa klubunun radarında
15.08.2025 - 14:28
"Fənərbaxça"nın futbolçusu Emre Mor Super Liqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, "Trabzonspor" 28 yaşlı oyunçu ilə yaxından maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddialara görə, komanda vinger üçün "sarı-lacivərdlilər"ə 800 min avro təklif etməyi planlaşdırır. "Fənər" Türkiyə millisinin üzvünün komandadan ayrılmasına müsbət yanaşır.
Qeyd edək ki, Emre Mor ötən mövsümü icarə əsasında "Eyüpspor"da çıxış etmişdi.
- Əl-Xelaifi FIFA prezidentliyinə namizəd olacaq? – İnfantinoya rəqib axtarılır
- "Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi
- "Yuventus"dan 33 milyonluq transfer – "Çelsi"ni qabaqladı
- Vinçentso İtalyano “Beşiktaş”ı təriflədi – “Belə atmosfer görməmişdim”
- “Qarabağ”, “Neftçi”, "Zirə" və "Beşiktaş"ın oyunları bu kanallarda - AFİŞA
0
0