“Fənər”in hücumçusu Səudiyyə Ərəbistanında çıxış edə bilər
26.12.2025 - 22:54
“Fənər”in hücumçusu Səudiyyə Ərəbistanında çıxış edə bilər

“Fənərbaxça”nın forvardı Yusif En-Nesiri karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə “Əl İttihad” və "Əl-Əhli" klubları yaxından maraqlanır.

Bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, “sarı-lacivərlilər” futbolçu üçün 35 milyon avro tələb edir. 

Xatırladaq ki, En-Nesiri 2024-cü ilin yayında “Sevilya”dan 19,5 milyon avroya “Fənərbaxça”ya transfer olunmuşdu.

Qeyd edək ki, Mərakeş millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində keçirdiyi 25 rəsmi matçda 8 qol vurub və 1 qol ötürməsi ilə yadda qalıb.