Portuqaliya millisinin və “Mançester Yunayted”in futbolçusu Brunu Fernandeş Kriştiano Ronaldonun klubdan ayrılmasına münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi İngiltərə klubunda həmyerlisi ilə birgə oynamasından qürur duyduğunu gizlətməyib.
Lakin Fernandeş Ronaldonun getməli olduğuna da eyham vurub: “Özümü narahat hiss etmirəm. Kiminsə tərəfini tutmağı seçməli deyiləm. Mənim üçün onunla oynamaq şərəf idi. Biz bilirik ki, heç nə əbədi deyil. Bu, davam etdiyi qədər yaxşı idi”.
Qeyd edək ki, Ronaldo və “Mançester Yunayted” arasında müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı