PSJ “Barselona”nın hücumçusu Ferran Torresi transfer etmək niyyətindədir.
Apasport.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Kataloniya klubu 26 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir. Lakin Paris təmsilçisi hücumçuya görə bu məbləği ödəmək niyyətində deyil və transfer üçün 40 milyon avro təklif etməyə hazırdır.
Bildirilir ki, Ferran Torres “Barselona”dan ayrılmaq istədiyini açıqlayacağı təqdirdə, PSJ daha aşağı məbləğə də keçidi reallaşdırmağa çalışacaq. Fransa çempionu futbolçunun DÇ-2026-dakı çıxışını başa vurmasını gözləyəcək və danışıqlarda tələsməyəcək.
Qeyd edək ki, Ferran Torres 2022-ci ilin yanvarından “Barselona”da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 49 oyunda 21 qol vurub, 3 məhsuldar ötürmə edib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI