“Feyenord” tribunalarında "istefa" səsləri: Van Persinin taleyi sual altındadır
19.12.2025 - 10:57
Robin van Persinin “Feyenord”dakı gələcəyi sual altındadır.
Apasport.az Niderland mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi baş məşqçi postunda dəyişiklik variantını nəzərdən keçirir.
Son nəticələr və komandanın oyunundakı qeyri-sabitlik Van Persinin mövqeyini zəiflədən əsas amillər kimi göstərilir.
Niderland kubokunda "Heerenven"lə (2:3) oyunundan sonra azarkeşlər istefa şüarları səsləndiriblər.
Qeyd edək ki, "Feyenord" son 10 matçda 8-də məğlub olub.
0
0