2024-cü ilin martında Kişilər arasında Beynəlxalq Oyun Təqvimi pəncərəsində FİFA Seriyasının pilot mərhələsi həyata keçiriləcək.
Apasport.az xəbər verir ki, oyunlar 18-26 mart tarixlərində 4 ölkədə baş tutacaq. Beynəlxalq yoldaşlıq görüşləri Səudiyyə Ərəbistanı, Əlcəzair, Azərbaycan və Şri-Lankada keçiriləcək.
Hər ölkədə 4 komanda yarışacaq və hər komanda 2 matç oynayacaq.
Əlcəzair
Komandalar: Əlcəzair, Boliviya, Andorra, Cənubi Afrika
Azərbaycan
Komandalar: Azərbaycan, Monqolustan, Tanzaniya, Bolqarıstan
Şri Lanka
Komandalar: Şri Lanka, Papua Yeni Qvineya, Butan, Mərkəzi Afrika Respublikası
Səudiyyə Ərəbistanı
A qrupu: Kabo-Verde, Ekvatorial Qvineya, Qayana, Kamboca.
B qrupu: Qvineya, Vanuatu, Bermud adaları, Bruney.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU