FİFA dünya çempionatında dəyişikliklərə hazırlaşır
14.02.2024 - 14:49
FİFA kişilər və qadınlar arasında dünya çempionatında çempionlara verilən kubokda dəyişiklik etməyi planlaşdırır.
Apasport.az "AS"a istinadla xəbər verir ki, FİFA konqresdə iki ayrı kubok əvəzinə tək kubokun verilməsi təklifi ilə çıxış edəcək.
İlk dəfə 1930-cu ildə təşkil edilən dünya çempionatında çempion komandaya verilən kubok 1974-cü ildə dəyişdirilib. Eyni kubokdan 1991-ci ildən qadınlar arasında dünya çempionatında istifadə olunur.
Qeyd edək ki, mayın 17-də Banqkokda FIFA-nın 74-cü konqresi keçiriləcək.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0